xebermen.az

Formula 1-də inqilabi qərar - İlk dəfə tətbiq ediləcək

Dünən, 17:44

 

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümündən etibarən Formula 1 tarixində ilk dəfə tamştatlı yarış nəzarətçilərinin (stüardların) təyin ediləcəyini açıqlayıb.

Bu islahat uzun müddətdir pilotlar və komandalar tərəfindən tənqid olunan ziddiyyətli cərimə qərarlarını aradan qaldırmaq məqsədi daşıyır.

Hazırkı sistemdə hər Qran Priyə növbəli şəkildə dəyişən dörd könüllü hakim nəzarət edir ki, bu da qaydaların fərqli şərh olunmasına gətirib çıxarırdı. FIA-nın yeni proqramına əsasən, 2027-ci ildə tam və yarımştatlı stüardlardan ibarət qarışıq heyət yaradılacaq, 2028-ci ilə qədər isə bu korpus 12-15 nəfərlik tamştatlı peşəkar hakimə çatdırılacaq.

Luis Hemilton və Corc Rassel başda olmaqla, pilotların çoxdan tələb etdiyi bu dəyişiklik həm də qaydaların təkmilləşdirilməsinə və yeni nəsil hakimlərin yetişdirilməsinə töhfə verəcək. FIA prezidenti Məhəmməd Ben Sulayem qərarı avtoidmanda ədalət və şəffaflıq standartlarının yüksəldilməsi istiqamətində mühüm investisiya adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30