xebermen.az

Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı

Dünən, 09:00

 

Dünyanın ən zəngin insanlarının malikanə və yaxtalarında çalışan özəl aşpaz milyarderlərin qidalanma sirlərini və mətbəxlərinə buraxmadıqları məhsulları açıqlayıb. Onun sözlərinə görə, iş adamları enerjilərini və zehni performanslarını yüksək saxlamaq üçün bir çox insanın gündəlik istifadə etdiyi bəzi qidalardan tamamilə imtina ediblər.

Mətbəxdə ən sərt qayda qablaşdırılmış məhsullara, sənaye souslarına və ağ şəkərə qoyulan qadağadır. Qan şəkərinin qəfil dəyişməsindən və diqqət dağınıqlığından qaçmaq üçün şirniyyat ehtiyacı yalnız orqanik meyvələr və xam bal kimi təbii məhsullarla ödənilir.

Həzmi çətinləşdirən və orqanizmdə iltihaba səbəb olan ağ çörək, xəmir xörəkləri və bol yağda qızardılmış yeməklər süfrədən çıxarılıb. Bunların əvəzinə qarabaşaq, kinoa, cücərdilmiş taxıllar, soyuq sıxım zeytun yağı və buxarda bişmiş tərəvəzlərə üstünlük verilir.

İstənilən məhsulu dünyanın o başından gətirtmək imkanları olsa da, milyarderlər istixana şəraitində yetişdirilən və mövsümünə uyğun olmayan heç bir meyvə-tərəvəzi qəbul etmirlər. Onların mətbəxində yalnız həmin mövsümə aid, yerli fermalardan gündəlik gətirilən təzə və pestisidsiz məhsullardan istifadə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30