Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı
Səudiyyə Ərəbistanı çempionatının IX turunda "Ən-Nəsr" səfərdə "Əl-Əhli"yə 1:3 hesabı ilə uduzub.
Görüşün 15-ci dəqiqəsində Kriştiano Ronaldo hesabı açıb. Lakin portuqaliyalı ulduz cəmi üç dəqiqə sonra penaltidən yararlana bilməyib. Onun zərbəsi dirəyə tuş gəlib.
"Əl-Əhli"nin heyətində Qaleno, İvan Toni və Rocer İbanyes fərqlənərək komandalarına qələbə qazandırıblar.
Qeyd edək ki, bu, Ronaldonun peşəkar karyerasında qaçırdığı 38-ci penalti olub. O, indiyədək 222 penalti cəhdinin 184-də dəqiq olub. Beləliklə, 41 yaşlı hücumçunun penalti zərbələrində dəqiqlik göstəricisi 82.9 faiz təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: