Bahalı göz kremləri də kömək etmir – Cərrah göz altı torbalarının əsl səbəbini açıqladı
Göz altındakı torbalar həmişə yorğunluq və yuxusuzluqdan yaranmır. Yaş artdıqca toxumalar zəifləyir, piy toxuması aşağı göz qapağına doğru hərəkət edərək şişkinlik yaradır.
Johns Hopkins Medicine klinikasının plastik cərrahı Kofi Boahene bu problemin əsas səbəblərini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, irsiyyət, allergiya, yuxusuzluq, siqaret və göz ətrafında maye toplanması da şişkinliyə səbəb ola bilər.
Səhər şişkinliyini azaltmaq üçün soyuq kompresdən istifadə etmək, 7-9 saat yatmaq, duz qəbulunu azaltmaq və yatarkən başı bir qədər hündür saxlamaq tövsiyə olunur.
Kofein tərkibli kremlər şişkinliyi müvəqqəti azalda bilər. Lakin yerini dəyişmiş piy toxumasını aradan qaldıra bilməz. Davamlı torbalar zamanı blefaroplastika kimi cərrahi müdaxilələr nəzərdən keçirilə bilər.
Şişkinlik qəfil yaranarsa, ağrı, qızartı və ya görmə problemləri ilə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: