xebermen.az

Ayasofyanın altındakı qədim tunellərin sirri açılır

Dünən, 17:47

 

İstanbulun məşhur Ayasofya məscidinin altındakı tarixi tunellərin təmizlənməsi və bərpası işləri davam edir.

Indiyədək 420 metr uzunluğunda tunel təmizlənib, təxminən 3 min ton torpaq və dolğu materialı çıxarılıb.

Araşdırmalar zamanı 6 tarixi məkan və 9 tunel aşkar edilib. Bəzi yeraltı tikililərin hazırkı Ayasofya binasından daha qədim dövrə aid olduğu ehtimal edilir.

Mütəxəssislər tunellərin bir hissəsinin Yerebatan Sarnıcı istiqamətində uzandığını bildirirlər.

İşlər başa çatdıqdan sonra uyğun bölmələrin turistlərin ziyarətinə açılması planlaşdırılır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30