xebermen.az

ABŞ hava limanlarında nə baş verir? - Uçuşlarda fasilələr yaranıb

Bu gün, 12:59

 

ABŞ-nin "United Airlines" şirkəti genişmiqyaslı texniki nasazlıqla qarşılaşıb və bu səbəbdən ölkənin hava limanlarında uçuşların bir hissəsi təxirə salınıb.

Bu barədə şirkətin mətbuat xidməti öz "X" hesabında məlumat verib.

"Texniki problem ortaya çıxdı və bu da bəzi uçuşlara təsir etdi. Problem artıq həll olunub", - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, problem uçuşların planlaşdırması, hava proqnozunun alınması və personalın idarə olunması üçün alətlər də daxil olmaqla, ekipajın bir neçə tətbiqə girişinə təsir edib. Şirkətin daxili bildirişinə əsasən, pilotlara sistemlərdən çıxmamaq tövsiyə edilib, çünki yenidən daxil olmaq mümkün olmaya bilərdi. Uçuş planlarını ala bilməyənlərə sənədləri dispetçerlərdən elektron poçt vasitəsilə istəmək tapşırılıb.

Xatırladaq ki, noyabrın 13-də ABŞ Federal Aviasiya İdarəsi hava nəqliyyatını idarəetmə mərkəzlərində rabitə ilə bağlı yaranan nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə qadağan edib. Bu, son 25 ildə ölkə miqyasında uçuşların ən uzunmüddətli dayandırılması olub - cümə və şənbə günləri 10 000-dən çox uçuş ləğv edilib. Nəqliyyat naziri Şon Daffi fasilələri hava nəqliyyatını idarəetmə sisteminin "inanılmaz dərəcədə köhnə" olması ilə əlaqələndirib və marşrutlaşdırıcıların həddindən artıq yüklənmənin öhdəsindən gələ bilmədiklərini qeyd edib.

Daha sonra bildirildiyinə görə, ABŞ-də ləğv edilmiş uçuşların sayı 17 mini keçib. Bu isə son 35 ildə ölkədə texniki problemlərdən qaynaqlanan ən genişmiqyaslı nasazlıq hesab edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30