Daha bir ölkə Rusiya ilə sərhədlərini bağlayır
Estoniya Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Estoniya dekabrın 1-də bütün Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq", - o yazıb.
Estoniyanın xarici işlər naziri bu tədbirləri noyabrın 14-ə keçən gecə Estoniya müdafiə şirkətinə qarşı baş verən "təxribat hücumu" ilə əlaqələndirib.
Nazir əlavə edib ki, qərarı barədə Finlandiya, Latviya və Litva həmkarlarını məlumatlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: