xebermen.az

Siqaret bahalaşacaq - Bu tarixdən

Bu gün, 13:02

 

Tütün məmulatlarının bir sıra növlərinin idxalı üzrə gömrük tariflərinə dəyişiklik ediləcək.

Siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik tərkibində tütün olan siqarları, ucları kəsilmiş siqarları, siqarillaları və siqaretləri, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərini əhatə edir.

Belə ki, müvafiq mal kodları üzrə tarif dərəcəsi sütununda mövcud olan hər 1000 ədəd üçün 0,5 ABŞ dolları məbləğindən sonra 2030-cu il dekabrın 31-dək 15 faizlik tarifin tətbiq edilməsi, lakin hər 1000 ədəd üçün məbləğin 3 ABŞ dollarından az olmaması şərti əlavə olunur.

Qərarın bu dəyişiklikləri nəzərdə tutan müddəaları sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30