xebermen.az

Alimlər hər 8 dəqiqədən bir radio siqnalları göndərən ölü ulduz aşkarladılar

Dünən, 18:38

 

Astronomlar Yerdən 5 min işıq ilindən çox məsafədə yerləşən qeyri-adi ulduz sistemi aşkar ediblər.

Sistemdəki ölü ulduzun hər 8 dəqiqədən bir fırlandığı və kosmosa sirli radio siqnalları göndərdiyi müəyyən edilib.

O, Günəşə bənzər başqa bir ulduzun ətrafında fırlanır. Alimlər bu radio siqnallarının necə yarandığını və sistemin xüsusiyyətlərini araşdırmağa davam edirlər.

Müşahidələr zamanı alimlər Günəşə bənzər ulduzun səthində güclü maqnit fırtınalarının izlərini də qeydə alıblar.

Tədqiqatçılar 100 saatdan çox radio müşahidəsinin nəticələrini təhlil edərək bu nadir sistemin xüsusiyyətlərini müəyyənləşdiriblər. Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30