“Google” axtarış sisteminə yeni rejim əlavə edir
“Google” süni intellekt əsaslı axtarış sistemi “AI Mode” üçün yeni funksiyanı istifadəyə verir.
“Temporary Threads” adlanan yenilik istifadəçilərə axtarış tarixçəsində saxlanılmayan və gələcək tövsiyələrə təsir etməyən müvəqqəti söhbətlər aparmağa imkan yaradacaq.
Yeni funksiyanı aktivləşdirmək üçün “AI Mode” interfeysində ekranın yuxarı sağ küncündəki xüsusi işarəyə klikləmək kifayətdir. Bunun üçün hesab parametrlərini dəyişməyə ehtiyac yoxdur.
Müvəqqəti söhbət zamanı süni intellekt istifadəçinin əvvəlki seçimlərini nəzərə almayacaq. Dialoqun məzmunu da gələcək fərdiləşdirmə prosesində istifadə edilməyəcək. Söhbət bağlandıqdan sonra istifadəçi adi axtarış rejiminə qayıdacaq.
“Google”un açıqlamasına görə, “Temporary Threads” funksiyası dünya üzrə kompüter və mobil cihazlarda istifadəyə veriləcək. Yenilik “AI Mode”-un dəstəklədiyi bütün dillərdə əlçatan olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: