xebermen.az

“Apple”dan 99 ölkədəki istifadəçilərinə casus proqramı XƏBƏRDARLIĞI

Dünən, 18:37

 

“Apple” şirkəti oktyabrın 29-da dünyanın 99 ölkəsindəki bəzi istifadəçilərinə casus proqram hücumları ilə bağlı xəbərdarlıq göndərib.

Şirkət kommersiya məqsədli casus proqram hücumları ilə əlaqəli şübhəli fəaliyyətlər aşkar etdiyini bildirib. Xəbərdarlıqları alanlar arasında siyasətçilərin də olduğu qeyd edilir.

Tailandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət naziri Çayçanok Çidçob bildirib ki, xəbərdarlıq cihazın artıq ələ keçirildiyi anlamına gəlmir.

Həmçinin, hücumların İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” casus proqramı ilə əlaqəli olduğunu təsdiqləyən sübut yoxdur.

“Apple” təhlükə bildirişi alan istifadəçilərə cihazlarında “Lockdown Mode” (Kilid rejimi) funksiyasını aktivləşdirməyi və kibertəhlükəsizlik mütəxəssislərinə müraciət etməyi tövsiyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30