xebermen.az

YAP-ın internet qəzetinə HAKER HÜCUMU: xəbərlər silindi

Dünən, 18:27

 

“Yeni Azərbaycan” qəzetinin onlayn resursu olan yeniazerbaycan.com saytına kütləvi kiberhücum qeydə alınıb.

“Delta Telecom LTD” tərəfindən verilən məlumata əsasən, bu gün gecə saatlarında sayt naməlum haker qrupu tərəfindən hücuma məruz qalıb.

Kiberhücum nəticəsində saytda yerləşdirilmiş 15 xəbər materialı silinib. Eyni zamanda, saytın bannerlərinə və yeni xəbərlərin yerləşdirildiyi bölmələrə müdaxilə edildiyi ehtimal olunur. Bundan əlavə, resursa müxtəlif faylların yüklənməsinə dair cəhdlər də aşkarlanıb.

Hazırda hücumun nəticələrinin aradan qaldırılması, informasiya resursunun təhlükəsizliyinin təmin edilməsi və mümkün risklərin qarşısının alınması məqsədilə müvafiq profilaktik və texniki tədbirlər həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30