xebermen.az

Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş

Bu gün, 09:35

 

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib.

Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən, "Wikipedia" Fonduna 15,2 milyon rubl, "Google" və "Telegram"ın hər birinə 3,8 milyon rubl, "Apple"a isə 3,5 milyon rubl cərimə tətbiq edilib.

Cərimələr Rusiyada qadağan olunmuş məzmunların silinməməsi ilə əlaqələndirilib.
Bildirilib ki, "Telegram"a qarşı iddia Rusiya Silahlı Qüvvələri barədə yanlış məlumat ehtiva etdiyi bildirilən paylaşımlarla bağlı olub.

"Apple"a qarşı keçirilən məhkəmə iclası isə şirkətin məxfi məlumatlarının açıqlana biləcəyi ehtimalı səbəbindən mətbuat üçün qapalı olub.

Qeyd edək ki, Rusiyada sözügedən şirkət və təşkilatlar daha əvvəl də ölkə qanunvericiliyinin tələblərini pozduqları və qadağan olunmuş məzmunları silmədikləri üçün cərimələniblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30