xebermen.az

Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq

Dünən, 11:00

 

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sisteminin formalaşdırılmasından ibarətdir.

Bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, saatlıq minimum əmək haqqının orta aylıq əmək haqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır:

"Bu o deməkdir ki, saatlıq minimum əmək haqqı sadəcə orta aylıq əmək haqqının aydakı iş saatlarına bölünməsi ilə əldə edilməyəcək. Bu zaman xüsusi əmsallardan istifadə olunacaq. Nəticədə saatlıq minimum əmək haqqı daha yüksək olacaq və saatlıq minimum əmək haqqı ilə çalışan vətəndaşlarımız daha çox maaş alma imkanına malik olacaq. Eyni zamanda təbii ki, bu həm də bir neçə iş yerində çalışmaq imkanıdır və vətəndaşlarımızın aylıq gəlirinin artmasına səbəb olacaq. Həm saatlıq minimum əmək haqqı məbləğinin yüksək olması, həm də bir neçə işdə çalışmaq vətəndaşların daha çox əmək haqqı və gəlir əldə etməsinə imkan yaradacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30