xebermen.az

Bakıda daha bir böyük idman tədbiri keçiriləcək

Dünən, 18:27

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Tədbir 9-13 may aralığında baş tutacaq.

Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinın təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.

"SportAccord" beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, qabaqcıl təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf vektorlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər.

Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində baş tutacaq. Təntənəli açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.

"SportAccord Convention 2027" Azərbaycanın qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını yenidən nümayiş etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30