xebermen.az

Samsungun süni intellekt funksiyaları ödənişli ola bilər – Aylıq 5 dollar

Bu gün, 09:38

 

Samsung şirkətinin “Galaxy AI “süni intellekt xidmətləri üçün ödənişli abunə planı hazırladığı iddia olunur.

“Galaxy AI Premium” adlandırılan yeni abunəliyin aylıq 4,99 dollar, illik isə 47,99 dollar olması gözlənilir.

Ödənişli plana telefon vasitəsilə süni intellektlə video yaratmaq, tətbiqlərdəki tapşırıqları avtomatlaşdıran “Bixby Action” və “Daily Briefing” funksiyaları daxil ediləcək.

Həmçinin istifadəçilərə “Galaxy AI” imkanlarından dörd dəfə daha çox yararlanmaq imkanı veriləcək.


Samsungun pulsuz planı da qüvvədə qalacaq. Buraya “Photo Assist”, “Browsing Assist”, “Now Brief”, “Creative Studio”, “Samsung Keyboard” və digər süni intellekt alətləri daxil olacaq.

Lakin pulsuz istifadəçilər üçün müəyyən limitlər tətbiq ediləcək. Limit başa çatdıqda əlavə kredit almaq və ya ödənişli plana keçmək mümkün olacaq.

Məlumata görə, Samsung yeni xidmət üçün erkən sınaq proqramı da başladacaq. Sınaqda iştirak edən istifadəçilərdən ödəniş tələb olunsa da, proqram başa çatdıqdan sonra həmin məbləğ geri qaytarılacaq.

Qeyd edək ki, Samsung hələlik abunəliyin qiymətini və istifadəyə veriləcəyi tarixi rəsmən təsdiqləməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30