Avropanın bir sıra şəhərləri filtirli siqaretlərin qadağan olunmasını istəyir
Avropanın bir neçə böyük şəhərinin rəhbərliyi Avropa İttifaqına filtirli siqaretlərin satışının qadağan edilməsi ilə bağlı müraciət edib.
Təşəbbüsə Brüssel, Münhen, Dublin və Genuya şəhərləri qoşulub. Onlar hesab edirlər ki, siqaret kötükləri ətraf mühitin çirklənməsində ciddi paya malikdir və şəhərlərin təmizlənməsi üçün əlavə xərclər yaradır.
Bildirilib ki, Brüsseldə siqaret kötükləri şəhər tullantılarının təxminən 30 faizini təşkil edir. Haaqada isə onların təmizlənməsinə hər il təxminən 2 milyon avro xərclənir.
Təşəbbüs müəllifləri qeyd edirlər ki, siqaret filtrlərinin əksəriyyəti yavaş parçalanan plastik növü olan sellüloza asetatdan hazırlanır. Ümumdünya Səhiyyə Təşkilatı da filtrlərin qadağan edilməsini və ya istifadəsinin mərhələli şəkildə dayandırılmasını dəstəkləyir.
Bununla belə, tütün şirkətləri təşəbbüsə qarşı çıxırlar. "British American Tobacco" şirkətinin nümayəndəsi filtrlərin bəzi zəhərli maddələrin təsirini azaltdığını bildirib. NEWS.am
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: