xebermen.az

Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək

Bu gün, 09:36

 

Bu gün Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçiriləcək.

Sammitdə 102 ölkənin liderinin və 300-dən çox nazirin iştirakı gözlənilir.

Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Avropa Komissiyası və bir çox beynəlxalq təşkilatın rəsmilərinin də konfransda iştirakı gözlənilir.

Zirvənin açılış sessiyasının yerli vaxtla 12:15-də (Bakı vaxtı ilə 13:15) başlanması planlaşdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quterreşin açılış nitqi ilə sessiyada çıxış edəcəyi gözlənilir.

İki gün davam edəcək Liderlər Sammitində qlobal temperatur artımına nəzarət edilməsi, istixana qazı emissiyalarının azaldılması, təmiz enerjiyə keçid və iqlim maliyyələşdirilməsi kimi mövzular gündəmə gətiriləcək.

Qeyd edək ki, COP31-ə Türkiyənin Ətrah mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sədrlik edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30