xebermen.az

Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?

Dünən, 16:35

 

Almaniyada dostlarla yemeyə çıxarkən hesabı bərabər bölmək əvəzinə hər kəsin yalnız öz siparişinin pulunu ödəməsi adi haldır.

Bu yanaşma xəsisliklə deyil, ədalət hissini qorumaq və heç kimin başqasına borclu qalmamasını təmin etmək istəyindən irəli gəlir. Almancada bu mədəniyyət "Klare Rechnung, gute Freunde" ("Hesablar təmiz olanda dostluqlar möhkəm olar") ifadəsi ilə izah olunur.

Restoranlarda, gənclərin toplaşdığı Späti adlı kiçik marketlərdə kimin nə qədər içki içdiyinin dəqiq hesabı aparılır. Barmen Julian Berger qeyd edir ki, hər kəs öz hesabını ödədikdə insanlar özlərini daha rahat hiss edirlər.

Almaniyanın cənubundakı pivə yerlərində (Biergarten), Bavyera kimi ənənəvi bölgələrdə və Erntedankfest, Köln karnavalı kimi kütləvi tədbirlərdə növbə ilə bir-birini içkiyə qonaq etmək (Runde geben) daha geniş yayılıb. Yalnız özünüzə içki alarsınızsa, bu, qəribə qarşılana bilər.

Almaniyada kimsə açıq şəkildə "Ich lade dich ein" ("Səni mən qonaq edirəm") deməyibsə, hər kəsin öz hesabını ödəyir. Ofisiantlar da əksər hallarda özləri "Getrennt oder zusammen?" ("Ayrı-ayrı, yoxsa birlikdə?") deyə soruşurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30