xebermen.az

Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı

Dünən, 22:37

Çexiya gələn ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya-2027" beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.

Bu barədə Çexiyanın ictimai yayımçısı "Çeska televize" (CT) məlumat yayıb.

Bildirilib ki, iştirakdan imtinanın səbəbi maliyyə ilə bağlı problemlərdir. Daha əvvəl yayımçı 2027-ci ildə büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlamışdı.

Qeyd edək ki, sentyabr ayında İrlandiyanın RTE tele-radio şirkəti İsrailin Qəzza sektorundakı fəaliyyətlərinə etiraz olaraq ölkənin 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcəyini və müsabiqəni yayımlamayacağını elan edib.

Avqust ayında Niderlandın "AVROTROS" tele-radio şirkəti də analoji açıqlama ilə çıxış edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031