xebermen.az

“Google” 15 illik tətbiqini bağlayır – Nələr dəyişəcək?

Bu gün, 11:43

 

“Google” 2027-ci il yanvarın 25-də 15 ildən artıqdır istifadə olunan Nest tətbiqinin fəaliyyətini dayandıracaq.

Bundan sonra Nest termostatları, kameraları və digər ağıllı ev cihazlarını idarə etmək üçün “Google Home” tətbiqindən istifadə olunacaq.

Şirkət bildirir ki, mövcud cihazlar, parametrlər və proqramlar avtomatik olaraq yeni tətbiqə köçürüləcək. Lakin istifadəçilərin əvvəllər saxladıqları xüsusi kamera görüntüləri avtomatik köçürülməyəcək və onlar yanvarın 25-dək ayrıca yüklənməlidir.

“Google” bu dəyişikliklə bütün ağıllı ev cihazlarını vahid platformada birləşdirməyi, təhlükəsizliyi və idarəetmə imkanlarını yaxşılaşdırmağı hədəfləyir.

Bundan başqa, 2027-ci il avqustun 2-dən ağıllı dinamik və ekranlarda “Google Assistant” köməkçisi də Gemini ilə əvəzlənəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30