xebermen.az

Süni Ay torpağında yeməli kartof yetişdirildi

Bu gün, 11:48

 

NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.
Bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım hesab edilir.

Tədqiqatçılar simulyasiya edilmiş Ay torpağının tərkibini üzvi maddələrlə zənginləşdiriblər. Məlum olub ki, kifayət qədər üzvi maddə əlavə edildikdə kartof Yer torpağındakı kimi normal inkişaf edir. Eksperimentdə qırmızı qabıqlı, ağ ətli və tez yetişən "Modoc" kartof sortundan istifadə olunub.

ABŞ və Çin qarşıdakı illərdə Ay səthinə missiyalar göndərməyi və orada uzunmüddətli bazalar qurmağı planlaşdırır. Bütün zəruri ərzaq ehtiyatlarının Yerdən daşınması çətin və məhdud olduğundan Ay səthində qida yetişdirilməsi heyətlərin yaşaması üçün əsas şərtlərdən biri sayılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30