xebermen.az

Elektrikli avtomobillərdə kabellərə vida: Artıq belə şarj ediləcək

Bu gün, 11:41

 

Elektrikli avtomobillərin kabelsiz şarj edilməsi istiqamətində yeni texnologiya hazırlanıb.

Yaponiyanın Osaka Universiteti, Tokai Rika şirkəti və ABŞ-ın Kaliforniya Universitetinin San-Dieqo kampusunun tədqiqatçıları avtomobillərin simsiz şarj platformasına dəqiq yerləşdirilməsini təmin edən sistem hazırlayıblar.

Yeni texnologiya sürücülərə avtomobili kabelə qoşmadan, yerə quraşdırılmış xüsusi şarj platformasının üzərində saxlamaqla enerji doldurmağa imkan verəcək.

Sistemin səmərəli işləməsi üçün avtomobilin platformanın üzərində düzgün mövqedə dayanması vacibdir. Hətta bir neçə santimetrlik kənaraçıxma enerji ötürülməsinin səmərəliliyini azalda bilər.

Bu problemi aradan qaldırmaq üçün tədqiqatçılar ultra genişzolaqlı (UWB) radio rabitə texnologiyasından istifadə ediblər. Avtomobilin altındakı dörd xüsusi qurğu platformanın yaxınlığındakı antenalarla əlaqə saxlayaraq nəqliyyat vasitəsinin mövqeyini və istiqamətini müəyyən edir. Sistem sürücüyə avtomobili hansı istiqamətdə və nə qədər hərəkət etdirməli olduğunu da göstərir.

Laboratoriya sınaqlarında texnologiyanın mövqeyi müəyyənləşdirmə xətasının orta göstəricisi 2,32 millimetr, istiqaməti müəyyənləşdirmə xətası isə 0,25 dərəcə olub.

Beləliklə, yeni texnologiya elektrikli avtomobillərin kabelsiz şarjını daha dəqiq və rahat etməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30