xebermen.az

Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi

16-02-2025, 15:13

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr "maneəsiz keçid" anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar.

Qəzetdə qeyd edilir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq.

Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Misal üçün, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar.

"Status məsələsinə gəlincə, hansı yol olur olsun, Azərbaycan bunu "dəhliz" adlandıracaq", - deyə nəşrdə qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031