Azərbaycanlı əsgərin taleyi 8 oktyabrda bəlli olacaq? - Paşinyandan açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan sərhədini keçən azərbaycanlı əsgərin ekstradisiyası ilə bağlı qərar qəbul edilib-edilməməsi haqqında sualı cavablandırmaqdan imtina edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
“Cümə axşamı – 8 oktyabr brifinqimiz var”, - deyə o, bu yöndə verilən sualın cavabında məsələyə 8 oktyabrda aydınlıq gətirəcəyinə işarə edib.
Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: