xebermen.az

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər - Zəngəzurda nələr baş verir?

Dünən, 16:29

 

Zəngəzur bölgəsində işləyən miqrantlar Ermənistanda narahatlıq yaradıb.

“Hraparak” nəşri bölgədə, xüsusilə mərkəz Qafanda demoqrafik mənzərənin dəyişdiyini yazır.

Nəşr bildirir ki, şəhərin küçələrində, ticarət mərkəzlərində və iş yerlərində əcnəbilərə, Mərkəzi Asiya və Uzaq Şərqdən gələnlərə rast gəlmək olur.

“Miqrant axınının obyektiv səbəbləri var. Qafanda filiz emalı zavodu yerləşir, Sünikdə (Zəngəzur) genişmiqyaslı tikinti və infrastruktur layihələri həyata keçirilir. Şimal-Cənub magistral yolunun yeni hissələri, körpülər, Qacaran-Aqarak yolu və 7,2 kilometrlik Qacaran meqatuneli inşa edilir. Burada yerli işçi əvəzinə yüzlərlər əcnəbi – Mərkəzi Asiyadan olan türkmənlər və özbəklər, eləcə də hindlilər və iranlılar işə cəlb olunub. Özbəklər və türkmənlər üçün ənənəvi iş məkanı olan Türkiyədə viza rejimi və yaşayış qaydalarının sərtləşdirilməsi onları asan formada iş icazəsinin verildiyi Ermənistana gətirib”, - nəşr yazır.

Nəşrin əsas diqqət çəkdiyi məqam türkmənlərin Zəngəzur bölgəsində çoxalmasıdır: “Sünikdə (Zəngəzur), xüsusilə Qafan və Qacaranda miqrasiya hərəkətliliyi həyəcan təbili çalır. Çünki Qafanın küçələrində, mağaza və iş yerlərində daha çox türkmənlər nəzərə çarpır. Onların bir çoxu Ermənistana gəlməmişdən əvvəl Azərbaycanda işləyiblər. Hazırda Ermənistandakı sayları min nəfərdən çoxdur, hətta 1500 nəfər. Hindlilər və farslar da var, lakin onlar azlıq təşkil edir. Türkmənlər görünüş və dil baxımdan fərqlənirlər. Pasportlarında Azərbaycana giriş və çıxış möhürləri var”.

Qafan sakini Qor Stepanyan bildirir ki, türkmənlər artıq ailələrini də gətirməyə başlayıb.

“Qafan və Qacaranın ən böyük tikinti şirkətlərində çalışanların əhəmiyyətli hissəsi türkmənlərdir. Gündüzlər Qafan şəhərinin küçələri mənə 80-ci illərdəki Bakını xatırladır. Fikrimcə bu, Sünikin (Zəngəzur) türkləşdirilməsi planının bir hissəsidir”, - o iddia edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031