xebermen.az

Son 3 ayın ən güclü maqnit qasırğası baş verdi

Dünən, 12:00

 

Oktyabrın 10-da axşam saatlarında Yer kürəsində başlayan maqnit qasırğası iyul ayından bəri qeydə alınan ən güclü geomaqnit hadisəsi olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizika İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə buna bənzər gücdə maqnit qasırğası 2026-cı il iyulun 4-də müşahidə olunub”, – deyə məlumatda bildirilib.

Alimlərin sözlərinə görə, geomaqnit pozuntularına həftənin əvvəlində Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.

Hazırda maqnit qasırğasının intensivliyi G3 səviyyəsində qiymətləndirilir. Bu, güclü geomaqnit qasırğası kateqoriyasına daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031