xebermen.az

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Dünən, 12:00

 

Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərarla "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.

Lakin yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Başqa sözlə, gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, bu mexanizm borcalanın maliyyə çətinliyi yarandıqda öhdəliyin icrasını asanlaşdıracaq.

Yəni bu o deməkdir ki, ''Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.

Beləliklə, dəyişikliklər borc çətinliyi yaşayan şəxslər üçün müəyyən mexanizmlər yaratsa da, vətəndaşların konkret hansı güzəştdən yararlana bilməsi kreditin növündən, müqavilə şərtlərindən və qüvvədə olan qaydaların tələblərindən asılı olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031