xebermen.az

Avropada Ukraynaya dəstək çağırışı: Daha az pivə için!

Dünən, 14:00

 

Latviyanın baş naziri Andris Kulberqs avropalıları Ukraynaya dəstəyi davam etdirmək üçün daha az içki içməyə çağırıb.

Bu barədə TASS məlumat yayıb.

“Ukraynaya dəstək pul deməkdir. Bu, hər bir avropalı üçün ildə bir bokal pivə, hətta ondan da azdır”, - deyə Kulberqs vurğulayıb.

Oktyabrın 15-də “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti almanların Ukraynaya dəstək göstərməyə getdikcə daha az həvəsli olduğunu yazıb. Nəşr bunu Ukraynadakı korrupsiya və islahatların həyata keçirilməməsi ilə əlaqələndirib.

Müəlliflər hesab edirlər ki, Almaniya cəmiyyətində Kiyevə olan dəstəyin azalmasında Ukrayna rəhbərliyi günahkardır, Ukraynanın məğlubiyyəti isə Avropa birliyi üçün mümkün ssenarilər arasında ən ağır və maliyyə baxımından ən baha başa gələni ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031