xebermen.az

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

11-02-2025, 21:33

 

“Ermənistanın verdiyi istənilən yol, heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan bildirib ki, dəhlizin verilməsi Ermənistan üçün qəbuledilməzdir: “Ölkənin suverenliyi altında olmayacaq və qanunvericilik çərçivəsindən kənarda qalacaq yolun verilməsini qəbul etmirik. Ermənistan yolun verilməsi ilə bağlı təkliflər verib. Veriləcək yola nəzarət kameralar vasitəsilə edilə bilər və hərbçilərin olması vacib deyil”.

Simonyan iddia edib ki, Kazan görüşündə Nikol Paşinyan və İlham Əliyev bu məsələni müzakirə edib.

“Müzakirə müsbət məcrada keçib. Bakı bu təkliflərin məqbul olmadığını bildirənə qədər biz cavab gözləyirik”, - deyə o bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30