xebermen.az

Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib

6-11-2024, 09:41

 

"Ankara və İrəvan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün vacib element hesab edir.

"Biz razılaşmaların əldə olunması üçün maksimum dəstək göstəririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya barədə - red.) bu irəliləyişin yaxşı nümunəsidir", - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30