Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
Gürcüstandan Rusiyaya gedən yolda problem yaranıb. Yuxarı Lars keçid məntəqəsi ağır yük maşınları üçün bağlanıb.
Bu barədə Gürcüstanın Yol Departamenti məlumat yayıb.
Məlumatda deyilir: "Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb".
Qurum buna səbəb kimi qar və temperaturun aşağı düşməsini göstərib.
Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə-red.) birləşdirən yeganə quru yoludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: