xebermen.az

Neymarın atası oğlunun oynadığı klubun baş direktoru oldu

Bu gün, 11:00

 

Braziliyanın “Santos” futbol klubu Neymarın atası Neymar da Silvanı baş direktor vəzifəsinə təyin edib.

Neymarın atası 2026-cı ilin dekabrına qədər klubun strateji planlaşdırma işlərinə rəhbərlik edəcək.

Onun vəzifədə qalıb-qalmayacağı dekabrın 12-də keçiriləcək klub prezidentliyi seçkilərinin nəticəsindən asılı olacaq. Hazırkı prezident Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası fəaliyyətini davam etdirəcək.

Neymar da Silva həmçinin klub akademiyasının yetirmələrinin karyerası ilə məşğul olan “Meninos da Vila” institutuna rəhbərlik edəcək.

Qeyd edək ki, Neymarın atası oğlunun “Santos”a qayıdışından sonra klubun inkişafında fəal iştirak edib. O, stadionun yenilənməsi və gənclər akademiyası üçün təxminən 8 milyon real investisiya cəlb edib.

2025-ci ildən “Santos”da çıxış edən Neymar cari mövsümdə 27 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30