xebermen.az

Ərdoğandan Rusiya və Ukraynaya çağırış

Bu gün, 15:56

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa və məsuliyyətli davranmağa çağırıb.

Bu barədə o, İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Məlumatı yayıb.

Ərdoğan qeyd edib ki, Qara dənizdə gərginliyi artıran addımlar heç kimin maraqlarına uyğun deyil.

"Bu hücumlara, onları kimin həyata keçirməsindən və hansı bəhanənin gətirilməsindən asılı olmayaraq, heç bir halda dözə bilmərik. Bütün tərəfləri bu məsələdə məsuliyyətli davranmağa çağırırıq", - deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynaya dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər göndərsə də, tərəflərdən heç biri konkret addım atmayıb.

Zelenski isə oktyabrın 31-də Ərdoğanla Qara dənizdə "taxıl dəhlizi"nin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30