xebermen.az

Boksçumuz Avropa çempionu oldu

Dünən, 13:59

 

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına yekun vurulub.

Bu barədə Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan millisi yarışı 10 medalla başa vurub.

Komandamızın heyətində Teymur Tanrıverdiyev (90 kiloqram) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kiloqram), Yusif Əli (57 kiloqram), Sərxan Haxverdiyev (70 kiloqram) gümüş, Nuray Qafarova (50 kiloqram), Ələkbər Məmmədli (44 kiloqram), Gülay Ocaqova (57 kiloqram), Sadiq Xəlilov (54 kiloqram), Sunay Əzimov (60 kiloqram) və Rafael Abbasov (66 kiloqram) isə bürünc mükafat qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031