xebermen.az

Günəşin üzərində sirli maqnit toru aşkarlandı

Bu gün, 12:11

 

Astronomlar Günəş atmosferinin zahirən sakit görünən hissələrində indiyədək kifayət qədər öyrənilməmiş mürəkkəb maqnit strukturları müşahidə ediblər.

Bu barədə “ScienceDaily” məlumat yayıb.

Tədqiqatçılar Yer atmosferinin yüksək qatlarına qaldırılan xüsusi teleskopdan istifadə etməklə Günəşin səthinə yaxın bölgələrdə nazik sapları xatırladan maqnit strukturlarını araşdırıblar.

Müşahidələr göstərir ki, Günəşin sakit hesab edilən ərazilərində belə maqnit sahələri mürəkkəb formada bir-biri ilə əlaqələnir. Bu strukturların Günəş atmosferində enerjinin ötürülməsi proseslərində müəyyən rol oynaya biləcəyi ehtimal edilir.

Alimlər yeni müşahidələrin Günəşin maqnit fəaliyyəti, atmosferinin qızması və kosmik hava hadisələri ilə bağlı modellərin təkmilləşdirilməsinə kömək edəcəyini düşünürlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031