xebermen.az

Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək

Bu gün, 15:58

 

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda FIFA U-15 dünya çempionatı baş tutub. Turnirn finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə üstələyərək çempionatın qalibi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30