xebermen.az

Futbolçulara lüks avtomobil qadağası

Dünən, 11:14

 

Almaniyanın “Ştutqart” klubu futbolçularına şəxsi lüks avtomobillərlə komandanın bazasına gəlməyi qadağan edib. Qaydanı pozan oyunçuları yüksək məbləğdə cərimə gözləyir.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, bəzi futbolçular məşqlərə qırmızı “Ferrari”, qara “Rolls-Royce Cullinan” və bənövşəyi “McLaren” kimi bahalı avtomobillərlə gəlirlər. Lakin Bundesliqada mövsümə uğursuz başlanğıc və ilk altı turda cəmi altı xal toplanması klub rəhbərliyini bu praktikaya son qoymağa sövq edib.

Nəşrin yazdığına görə, 2026-cı ilin oktyabrında futbolçulara rəsmi göstəriş verilib. Bundan sonra komandanın ofisi qarşısındakı dayanacaqda yalnız klubun təqdim etdiyi “Mercedes-Benz” və “Porsche” markalı avtomobillər saxlanıla bilər.

Qeyd edək ki, hər iki avtomobil istehsalçısı “Ştutqart” klubunun səhmdarlarıdır və birlikdə klubun səhmlərinin 10 faizinə sahibdirlər. Qadağanı pozan futbolçular üçün nəzərdə tutulan cərimənin məbləği açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031