xebermen.az

Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

Bu gün, 12:06

 

Avropa İttifaqında enerji qiymətlərinin rekord həddə yüksəlməsi səbəbindən bu qış təxminən 50 milyon insan istilik xərclərini ödəməkdə çətinlik çəkəcək.

Bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Budapeştdə səfərdə olarkən bildirib.

Komissarın sözlərinə görə, istilik xərclərini ödəyə bilməyən insanlar yemək almaqla evlərini isitmək arasında seçim etməli olacaqlar.

Yorgensen qeyd edib ki, Avropanın enerji idxalından asılılığı və dünya bazarındakı qeyri-müəyyənlik qışın çətin keçəcəyi riskini artırır. O, enerji və mənzil böhranlarının gələcək nəsillərin həyat səviyyəsinə də mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Rusiya qazının Ukrayna münaqişəsi başa çatdıqdan sonra yenidən alınması ehtimalına münasibət bildirən komissar Moskvanın etibarlı tərəfdaş olmadığını deyərək bu addımın əleyhinə çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031