xebermen.az

Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq

Dünən, 11:17

 

Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəlib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp tərəflərin onun vasitəçiliyi ilə razılaşdığını bildirib. Lokal atəşkəsin oktyabrın 29-da başlaması planlaşdırılır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə humanitar əməliyyatla əlaqədar oktyabrın 27-də Bakı vaxtı ilə saat 05:00-dan Xerson istiqamətində atəşin dayandırılacağını açıqlayıb.

Melaniya Tramp Oleşkidə yaşayan insanların ərzaq, dərman, təmiz su və tibbi yardıma təcili ehtiyac duyduğunu bildirib. Şəhəri tərk etmək istəyən sakinlərə Rusiyaya və ya Ukraynaya getmək üçün nəqliyyat təmin ediləcəyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031