Məşhur musiqiçi vəfat etdi
Rusiyanın "Lyube" qrupunun bek-vokalisti Aleksey Tarasov 64 yaşında vəfat edib.
Bu barədə musiqi kollektivinin sosial şəbəkə hesablarında bildirilib.
Qrupun Telegram kanalında yayımlanan açıqlamada sənətçinin vəfatı ilə bağlı dərin hüzn ifadə olunub.
Aleksey Tarasov 1961-ci il dekabrın 2-də Moskvada anadan olub. O, İppolitov-İvanov adına Akademiyanın dirijorluq-xor şöbəsini bitirib.
Tarasov musiqi kollektivinin fəaliyyətə başladığı ilk dövrlərdən etibarən "Lyube" qrupunun üzvü olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: