xebermen.az

Sığortaçılar müflis olacaqlar: İğtişaşların vurduğu zərər hesablandı

Bu gün, 19:26

 

Fransada ötən həftəsonu baş verən kütləvi iğtişaşlar sığorta şirkətlərinə 1,2 milyard avroyadək zərər vura bilər.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Morningstar” analitik şirkətinin əməkdaşlarının qiymətləndirməsinə görə, iğtişaşlar nəticəsində yaranan sığorta zərərləri artıq 2023-cü ildəki hadisələr zamanı qeydə alınan 700 milyon avronu ötüb. Buna səbəb son iğtişaşların daha genişmiqyaslı və intensiv olması, eləcə də inflyasiyanın zərərin dəyərini artırması ilə əlaqədardır..

Fransanın ticarət naziri Serj Papanın qiymətləndirməsinə görə, ölkə üzrə azı 3 min müəssisəyə ziyan dəyib. Hücuma məruz qalan obyektlər arasında “Louis Vuitton” və “Kenzo” kimi lüks brendlərin mağazaları da var.

“Morningstar” analitiki Markos Alvares bildirib ki, Fransada kütləvi iğtişaşlar artıq təbii fəlakətlərə bənzəyir və hər il yüz milyonlarla avro zərər gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031