xebermen.az

Pezeşkian: Son iki əsrdə heç bir ölkəyə hücum etməmişik!

Bu gün, 12:50

 

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib.

"İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil, lakin istənilən hücuma qarşı güc və cəsarətlə canımız bahasına duruş gətirəcək, düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik", - Pezeşkian deyib.

O, İranın müdafiəsinin raketlərdən ibarət olmadığını qeyd edib: "Xalqımız, eləcə də ölkəmizdə mövcud olan birlik və həmrəylik İranın müdafiə qüdrətinin mühüm hissəsidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031