xebermen.az

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır

9-09-2026, 11:00

 

Azərbaycanda donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrində bundan sonra kök hüceyrələrinin də transplantasiyası aparılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı” təkmilləşdirilib və sənəddə bəzi nizamlamalar aparılıb.

Dəyişikliyə görə, müvafiq siyahının on üçüncü sətrinə "ağciyər" sözündən sonra "kök hüceyrələri" sözləri əlavə olunub.

Hüquqi tənzimləmə çərçivəsində "Baku Medical Plaza" klinikasının da səlahiyyətləri genişləndirilib. Yeni qərarla sözügedən tibb müəssisəsinə kök hüceyrələrinin transplantasiyasını həyata keçirməklə yanaşı, həm də onların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını təşkil etmək hüququ verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031