xebermen.az

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tam təxliyə olundu

7-03-2026, 16:20

 

Təbriz Baş Konsulluğu İrandan tam təxliyə olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, Tehrandakı səfirlik nümayəndələrinin isə böyük hissəsi Azərbaycana təxliyə edilib.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov dünən Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğun təxliyəsi barədə tapşırıqlar verildiyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031