xebermen.az

Prezidentdən İranla bağlı mühüm tapşırıq

6-03-2026, 16:46

 

Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib.

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”, - Ceyhun Bayramov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930