xebermen.az

İranın müdafiə naziri də öldürüldü

28-02-2026, 14:00

 

İsrailin hücumları nəticəsində bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə Ejei öldürülüb.

Məlumatı İsrail mediası yayıb.

Bundan öncə İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin də hücumlar nəticəsində öldürülməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, İsrail səhər saatlarından başlayaraq İranın şəhərlərini vurmağa başlayıb. Xarici KİV İran prezidentinin iqamətgahı, nazirliklərin binaları və kəşfiyyat qərargahı da daxil olmaqla xeyli sayda hədəfə zərbə endirildiyini yazıb. İran mediası və sosial şəbəkələrdə isə partlayışlara dair videolar yayılır.

ABŞ-da öz növbəsində İrana hücumlarda iştirak etdiyini rəsmən təsdiqləyib. İranın isə raketlərlə hücumlara cavab verdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930