xebermen.az

İrana hücum başladı - Pezeşkianın iqamətgahı, nazirliklər vuruldu

28-02-2026, 11:25

 

İsrail İrana qabaqlayıcı zərbə endirib.

Bu barədə İsrail mediası məlumat yayıb. Saytlar İsrailin müdafiə naziri İsrael Katsa istinad ediblər.

Onun sözlərinə görə, ölkənin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib.

"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib", - nazir bildirib.

İsrailin bütün ərazisində sirenlər işə düşüb, İsrail Müdafiə Ordusunun arxa cəbhə komandanlığı mülki əhalini sığınacaqlara yaxın olmağa çağırır.

Saytlar İran prezidentinin iqamətgahı, nazirliklərin binaları və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər İran ərazisində təxminən 30 hədəfə zərbə endirildiyini yazıb. İran mediası və sosial şəbəkələrdə isə partlayışlara dair videolar yayılır.

Xatırladaq ki, bundan öncə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumat yaymışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930