xebermen.az

Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq - İlham Əliyev

10-02-2026, 09:37

 

"Sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan və onun qanunvericiliyi hər zaman xarici sərmayələrə açıq olub.

"30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib. Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq", - dövlət başçısı vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930