xebermen.az

İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?

Bu gün, 09:34

 

İyun ayı üçün olan məlumatlara görə, Azərbaycan mobil internet sürətinə görə 98 ölkə arasında 46-cı yeri tutub. Orta mobil internet sürəti 98,61 Mbit/san təşkil edib.

Bu barədə "Speedtest Global Index" məlumat yayıb.

Bildirilib ki, Cənubi Qafqaz ölkəsi olan Ermənistanda orta mobil internet sürəti 74,32 Mbit/san təşkil edib və 98 ölkə arasında 61-ci yerdə qərarlaşıb.

Gürcüstan isə 17-ci (168,84 Mbit/san) yerdə qərarlaşıb.

Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbit/san) qeydə alınıb.

Sabit (fiksə olunmuş) internet reytinqində Azərbaycan 149 ölkə arasında 84-cü (92,18 Mbit/san) yeri tutub

Bu reytinqdə Ermənistan 85-ci (91,69 Mbit/san), Gürcüstan isə 107-ci (50,83 Mbit/san) yerdədir.

Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbit/san) qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031